Ennio Morrikone | |
---|---|
it. Ennio Morricone | |
Ümumi məlumatlar | |
Ləqəbləri | Dan Savio, Leo Nichols |
Doğum tarixi | 10 noyabr 1928[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 2020[3][4][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Bud sümüyünün sınıqları[7] |
Uşaqları | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, pianoçu, film bəstəkarı, aranjimançı[d], bəstəkar, truba ifaçısı[d], musiqi prodüseri |
Fəaliyyət illəri | 1946–2020 |
Janr | film musiqisi[d] |
Musiqi alətləri | piano, truba[8] |
Albom şirkəti | Virgin Records |
Təhsili |
|
Mükafatları |
|
enniomorricone.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Ennio Morrikone (it. Ennio Morricone; 10 noyabr 1928[1][2][…], Roma, İtaliya krallığı[5] – 6 iyul 2020[3][4][…], Roma, İtaliya[6]) — dünya şöhrətli italyan bəstəkarı, aranjimançı və dirijor. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007 və 2016-cı ilin "Oskar mükafatı" laureatı olmuşdur. Bundan başqa bəstəkar 1 dəfə Qremmi mükafatı, 6 dəfə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatı (BAFTA), 3 dəfə də "Qızıl qlobus mükafatı" almışdır. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olmuşdur. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı.